İslamiada: Snayperimiz Azərbaycana gümüş medal qazandırıb

<span style="color: red;">İslamiada : Snayperimiz Azərbaycana gümüş medal qazandırıb
# 13 may 2017 16:00 (UTC +04:00)

Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 2-ci medalını qazanıb. Apasport.az saytının məlumatına görə, günün ikinci uğuru da atıcılıq idman növündə qeydə alınıb.

Bu dəfə stend atıcılığında uğur əldə edilib. Qadınların səngər stendi yarışlarında çıxış edən Şəfəq Əmrahova yarışı gümüş medalla başa vurub.

Təsnifat mərhələsində cəmi 48 xal toplayıb, mübarizəni başa çatdıran 6 idmançı arasında sonuncu olan snayperimiz finalda daha sərrast çıxış edib. Həlledici mərhələdə 37 xal yığan Şəfəq yalnız türkiyəli Nihan Gürerdən (41 xal) geri qalıb. 3-cü olan qətərli Xoloud Hassan Əl Xələf 29 dəqiq atəş açıb. Digər idmançımız Aydan Camalova 13 xalla 6-cı yeri tutub.

Qeyd edək ki, yığmamıza ilk medalı Ruslan Lunyov qazandırıb. O, 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaqda qızıl medala yiyələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR