İslamiada: Prezident İlham Əliyev karateçilərə medalları təqdim edib

İslamiada: Prezident İlham Əliyev karateçilərə medalları təqdim edib
# 13 may 2017 19:50 (UTC +04:00)

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında karate yarışında qaliblərin mükafatlandırılması davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının üzvləri 6 çəki dərəcəsindən 5-də medal qazanıblar.

Rafael Ağayev (75 kq) kişilərin, Fəridə Abıyeva (61 kq) isə qadınların yarışında bütün rəqiblərini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mükafatlandırma mərasimində hər iki idmançımıza qızıl medalı ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Daha sonra dövlət himni sədaları altında bayrağımız dalğalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR