Azərbaycanda ali məktəblərin magistraturalarının ikinci mərhələsinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb

Azərbaycanda ali məktəblərin magistraturalarının ikinci mərhələsinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb
# 26 iyun 2012 18:47 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Bakalavrlar öz iş nömrələrini “7727” nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər. Hər bir bakalavr öz imtahan nəticələrinə dair “məlumat vərəqi”ni internet vasitəsilə əldə edə bilər.
Magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 4-də keçirilib. Birinci mərhələdə uğur qazanaraq müsabiqə şərtlərini ödəyən 8529 bakalavr iyunun 24-də keçirilən ikinci mərhələyə buraxılıb. İkinci mərhələnin imtahanları Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçirilib.

Bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR