DİN Masallıda qapı-pəncərə sexində baş verən partlayışla bağlı məlumat yayıb

DİN Masallıda qapı-pəncərə sexində baş verən partlayışla bağlı məlumat yayıb
# 24 mart 2014 10:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi Masallıda qapı-pəncərə sexində baş verən partlayışla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 23-də saat 15 radələrində Masallı rayonu Mahmudavar kəndinin ərazisində kənd sakini Gülağa Abdullayevə məxsus qapı-pəncərə sexində oksigen balonu ilə ehtiyatsız davranıldığından partlayış baş verib.

Nəticədə sexin pəncərə və qapı çərçivələri dağılıb, G. Abdullayev hadisə yerində ölüb, sexin qarşısından keçən kənd sakinləri Famil Sadıqov və Siman Əliyev xəsarət alıblar.

Xəstəxanaya yerləşdirilmiş F. Sadıqov isə orada dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR