Respublikaçı Donald Tramp demokrat Hillari Klintondan cəmi 5 faiz geri qalır.
APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 45 faizini, Tramp isə 40 faizini toplaya bilər.
26-30 oktyabr tarixlərində keçirilən analoji sorğu zamanı namizədlər arasındakı fərq 6 faiz təşkil edirdi.
Güman edilir ki, Federal Təhqiqatlar Bürosu Hillari Klinton barəsində bir müddət əvvəl yekunlaşan “elektron poçt” işi üzrə istintaqı bərpa etməsi sorğunun nəticələrinə təsir edib.
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.