AzMİU-da tələbələr üçün seminarlar keçirilib

AzMİU-da tələbələr üçün seminarlar keçirilib
# 11 oktyabr 2016 14:07 (UTC +04:00)

Bakı-APA. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Təmiz Şəhər” Mərkəzində Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə Su təsərrüfatı və kommunikasiya sistemləri fakültəsinin tələbələri üçün maarifləndirici seminar keçirilib.

AzMIU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Ekologiya mühəndisliyi kafedrasının müdiri Fəqan Əliyev, Su təsərrüfatı və kommunikasiya sistemləri fakültəsinin dekan müavini Mansur Zərbəliyev, Strateji planlaşdırma şöbəsinin əməkdaşları Zeynəb Paşayeva, İsa Muradov və fakültə müəllimləri iştirak edib. “Təmiz Şəhər” ASC-nin Ətraf Mühit və Əməyin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev bərk məişət tullantılarının idarə edilməsinin təşkili mövzusunda geniş təqdimatla çıxış edib. S.Zeyniyevin mühazirəsinin əhəmiyyətini dəyərləndirən tələbələr gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə etdiklərini vurğulayıblar.

Universitetin Biznes İnkubator Mərkəzində isə Beynəlxalq LafargeHolcim müsabiqəsi ilə bağlı 1-ci məlumat sessiyası keçirilib. Seminarda İnşaat-texnologiya, İnşaat, Memarlıq fakültələrinin tələbələri və digər layihə ilə maraqlanan tələbələr iştirak ediblər. Ekologiya mühəndisliyi kafedrasının müdiri Fəqan Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, Holcim mükafatının 2013-cü il qalibi İlqar Əliyev, Strateji planlaşdırma şöbəsinin müdiri Ülkər Səttarova və əməkdaşlarının qatıldığı tədbirdə qonaqlar tələbələrlə öz dəyərli fikirlərini bölüşüb.

Mükafat fondu iki milyon dollar dəyərində olan 5-ci Beynəlxalq LafargeHolcim müsabiqəsi bu il iyulun 1-də açıq elan edilib. Bu davamlı inkişafa əsaslanan inşaat layihələri üzrə ən önəmli dünya müsabiqələrindən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR