Mənimsəmədə təqsirləndiirlən şirkət meneceri məhkəmə zalından azadlığa buraxılıb

Mənimsəmədə təqsirləndiirlən şirkət meneceri məhkəmə zalından azadlığa buraxılıb
# 23 avqust 2016 14:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində "Nataxtari” limonadlarının satışı ilə məşğul olan “EVE-S” MMC-də satış meneceri vəzifəsində işləmiş Orxan Siyabovun apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin edərək barəsində olan hökmü dəyişib. Belə ki, barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Siyabov 5 il müddətinə azadlıqdan məhrum edilib. Həmin vaxt zamində olan O. Siyabov məhkəmə zalından həbs edilib. Lakin hökmdən narazı qalan təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması üçün apellyasiya şikayəti verib.

O. Siyabov Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə əsasən ittiham edilib.

Onu da qeyd edək ki, O. Siyabov Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatı Telman Siyabovun oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR