Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov tutduğu vəzifədən uzaqlaşdırılıb.
Bu barədə "APA-Economics"ə MHM-dən məlumat verilib.
Bildirilib ki, N. Mərdanovla yanaşı onun müavini Nazim Mədətov da işdən çıxarılıb.
N. Mədətovun yerinə Elnar Əsədov təyin olunub. E. Əsədova eyni zamanda MHM-in direktoru vəzifəsinin müvəqqəti icrası təmin olunub.