Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Unibank"ın rəhbərliyində ciddi kadr dəyişikliyi baş verib.
"APA-Economics" xəbər verir ki, Andreas Zaysler bankın Müşahidə Şurasına üzvlükdən çıxıb. Onu Mihael Neumayr əvəzləyib.
Bundan başqa, İdarə Heyətinə də yeni üzv təyin edilib. Belə ki, Asəf Hüseynov İdarə Heyətinin üzvü, Risklərin idarə edilməsi üzrə direktor, baş risk inzibatçısı təyin edilib.