“Türkiyədə yeni növ koronavirusla əlaqədar aparılan test sayı 50 minə yaxınlaşsa da, xəstəliyə yoluxma sayı sürətlə enişə doğru gedir”.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra bildirib. Onun sözlərinə görə, koronavirusdan müalicə olunanların sayı COVID-19 infeksiyasına yoluxan ümumi xəstələrin 70 fazini təşkil edir: “Elm adamlarının tövsiyələrinə düzgün əməl edilməsəydi bu uğurlu nəticə əldə olunmazdı”.
Nazir onu da qeyd edib ki, Türkiyədə ilk dəfə yeni növ koronavirusa martın 10-dan rast gəlinib və o gündən pandemiya ilə aparılan mübarizədən 8 həftə keçib, amma bir ehtiyatsızlıq belə əhalini yenidən bu pandemiya riski ilə üzləşdirə bilər: “Həyatımızı mümkün olduğu qədər evdən çıxmadan davam etdirək. Evdən çıxdıqda məsafə saxlamaq və maska taxmaq tələbinə əməl edək. Risk yoxmuş kimi davrananlara xəbərdarlıq edək, buna haqqımız var. Biz sabahı bu günündən önəmli olan mübarizə aparırıq”.
F.Qoca havalar istiləşdiyi üçün turzim sektorunun fəaliyyətə başıaması ilə əlaqədar Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə videotoplantı keçirildiyini və tədbirlər planı hazırlandığını da vurğulayıb.
Nazir deyib ki, Ramazan bayramından sonra xaricdən gələn turistlərin mümkün qədər daha sıx testlərdən keçirməklə turizm sektorunu xüsusi nəzarətdə saxlamaqla bu sahənin fəaliyyətə başlaması nəzərdə tutulub: “Xaricdən gələn turstlər də daxil olmaqla, bütün turistlər və turizm sektorunda işləyənlərin yeni dönəmdə necə davranmaları həmin tədbirlər planında yer alacaq”.