Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artır.
APA-nın "armenpress"ə istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 4 yeni yoluxma faktı qeydə alınıb.
Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 33 nəfərə çatıb.
Bildirilib ki, virusa yoluxanlardan 8 nəfər sağalıb.
Hazırda 69 nəfər karantindədir, xəstəlikdən ölüm faktı qeydə alınmayıb.