İnsan orqanizmi üçün şəkər vacibdirmi?

İnsan orqanizmi üçün şəkər vacibdirmi?
# 18 may 2020 11:00 (UTC +04:00)

Biz ac olan zaman beynimiz təhlükəli rejimlə işləyir. Mürəkkəb məsələlərin və işlərin həllini tapmaq beyin üçün çətin olur. Beynin əsas yanacağı digər əzalarımızdan fərqli olaraq, yalnız qlükozadır. Bədənimizdə qlükoza ehtiyatı yalnız istifadə etdiyimiz yeməklərlə yaranır.

“Beynimizə şəkər gərəklidirmi?” sualına cavab olaraq bir mənalı demək olar ki, şəkər - xeyir; qlükoza – bəli!

Beynimizin yeganə yanacağı qlükoza sayılır. Qlükozadan başqa, beynimiz heç nə ilə qidalanmır. Beynimiz bədən həcmimizin cəmi 2 %-ni təşkil etsə də, qəbul etdiyimiz kalorilərin 20%-ni bu orqan mənimsəyir.

Gündəlik olaraq, beynimizə 120 qram qlükoza lazım olur ki, bu da 420 kkal.a bərabərdir (arıqlayanların nəzərinə). Beyin qlükozanı qidadan alır. Beyində artıq qlükozanı saxlamaq üçün heç bir resurs yoxdur, ona görə də qlükozanın qəbulu davamlı olmalıdır. Belə nəticəyə gəlmək olar ki, beyin qlükozaya ilə yaxşı işləyir və onun azlığında zəifləyir. Beyinə ötürülən qlükoza ilə bağlı olan hər hansı bir problem zehni inkişafa təsir edir. Bəzi hallarda bu huşun itirilməsinə də səbəb olur. Buna tibdə hipoqlikemiya deyirlər (qanda şəkərin kəskin azalması).

Bir sıra dietoloqlar və bloqgerlər karbohidratların ziyanlı olduğunu iddia edir. Amma unutmaq olmaz ki, beyin qlükoza istehlak etməlidir. Qlükoza isə karbohidratdır. Lakin diqqətli olun! Tort və şirniyyatları bol istehlak etmək olmaz.

Bəs onda qlükozanı haradan alaq? Əsas problem odur ki, insanlar karbohidrat olaraq əsas qida kimi un və şəkər məhsullarını - şəkər, çörək, şirniyyat və s. qəbul edirlər. Lakin bu qidalar qlükoza mənbəyi deyil. Qlükozanın daimi qəbulu üçün bir çox meyvə və tərəvəz var. Qlükoza məhsullarının siyahısını sizə təqdim edirik:

Məhsul 100 qr. məhsulda olan qlükoza 100 qr məhsulda ümumi şəkər Qlükoza %

Yaşıl soğan 1.4 1.6 88

Üzüm 6.6 16.4 40

Ərik qurusu 20.3 38.9 52

Kivi 5.0 10.5 48

Qırmızı turp 4.0 13 31

Bizə gün ərzində nə qədər qlükoza lazımdır?

Elmi araşdırmalara əsasən, beyin dəqiqədə 32 mkmoll qlükoza yandırır. Yəni beynin sağlam və gümrah qalması üçün individual olaraq gün ərzində 62-120 qr qlükoza lazımdır. Çəki və boy göstəricilərindən asılı olaraq bu miqdar kimdəsə az, kimdəsə çox ola bilər.

Ona görə də beyninizin inkişafı və sağlamlıq üçün mütləq qlükoza qəbul edin.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR