Azərbaycanda xüsusi karantin rejimi dövründə 44 yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, martın 23-dən mayın 5-dək respublikanın avtomobil yollarında baş verən qəzalarda 60 nəfər ölüb, 47 nəfər isə xəsarət alıb.