Bakıda gənclərin mübahisəsi bıçaqlanma ilə nəticələnib

Bakıda gənclərin mübahisəsi bıçaqlanma ilə nəticələnib
# 13 fevral 2020 23:54 (UTC +04:00)

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə metronun “Neftçilər” stansiyasının yaxınlığında qeydə alınıb.

1998-ci il təvəllüdlü Nəzirov Röyal Yadigar oğlu tanışı, 1997-ci il təvəllüdlü Heydərov Məmməd Əli oğlu ilə əlbəyaxa dava edib. R.Nəzirov dava zamanı bıçaqla M.Heydərova bir neçə zərbə vurub. R. Nəzirov sonda bıçaqla öz ayağına xəsarət yetirib.

Hər iki yaralı təcili tibbi yardım xidmətinin köməkliyi ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR