Nazirlər Kabineti tərəfindən “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” yeni redaksiyada təsdiq edilib.
APA-nın məlumatına görə, dövlət standartları aşağıdakıları müəyyən edir:
- ümumi təhsilin məzmununu;
- ümumi təhsilin idarə olunmasını;
- ümumi təhsilin maddi-texniki və tədris bazasını;
- ümumi təhsilin infrastrukturunu;
- ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini;
- ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini;
- ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılan səriştələri;
- ümumi təhsilin səviyyələrində tədris edilən məşğələ və fənləri;
- məktəbəhazırlıqda, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris edilən məşğələ və fənlər üzrə ümumi təlimin nəticələrini;
- tam orta təhsil səviyyəsində təhsilin təşkilini;
- ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarını;
- ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələbləri;
- ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi sistemini.
Dövlət standartları məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə məzmun standartlarının və kurikulumların hazırlanmasında əsas götürülür. Dövlət standartları 5 il müddətinə qüvvədədir.