Çində koronavirusa yoluxmuş 100 yaşlı kişi sağalıb

Çində koronavirusa yoluxmuş 100 yaşlı kişi sağalıb
# 09 mart 2020 03:26 (UTC +04:00)

Çinin Hubey əyalətində koronavirusa yoluxmuş 100 yaşlı kişi sağalaraq xəstəxanadan buraxılıb.

APA xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, COVID-19-a yoluxan bu şəxs sağalan ən yaşlı xəstədir.

Qeyd edək ki, 100 yaşlı kişidə koronavirus infeksiyası əlamətləri fevralın 24-də qeydə alınıb. Müalicə zamanı xəstəyə yalnız standart antiviral terapiyada deyil, həm də ənənəvi Çin təbabəti tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR