“Koronaviursa yoluxma təsdiqlənməzdən öncəki dövrdə pnevmoniyadan müalicə olunmuş insanların siyahısı hazırlanacaq. Onları dəvət edəcəyik ki, koronavirusa yoluxmanın daha öncə olub-olmadığını müəyyənləşdirək”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı ötən ilin noyabr-dekabr və bu ilin yanvar aylarında pnevmoniyaya yoluxduğu təsdiqlənmiş şəxslərə müraciət edib : “Bu, xəstəliyin daha əvvəl Azərbaycanda olub-olmamasını müəyyənləşdirmək üçün vacibdir”.