Beyləqanda meşə zolağında yanğın olub - FOTO

Beyləqanda meşə zolağında yanğın olub - FOTO
# 18 fevral 2020 10:31 (UTC +04:00)

Beyləqanda yerli sakinlərin qamışlığı od vurması meşə zolağında yanğına səbəb olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun İkinci Aşıqlı kəndində qeydə alınıb. Kənd sakinləri su kanallarının kənarlarında bitən qamışları təçmizləmək üçün onları yandırıb. Nəticədə yanğın meşə zolağına keçib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri yanğının geniş ərazini əhatə etməsinin qarşısını alıb və yanğın söndürülüb.

Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor müavini baş meşəbəyi Qismət Abbasov APA-ya açıqlamasında bildirib ki, yerli sakinlərin kortəbii şəkildə apardığı təmizlik işləri böyük fəsadlar törədir: “Yanan təkcə bizim təsərrüfat deyil. Yanan ağacların yenidən bərpası üçün 20-30 zaman lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR