Dmitri Medvedev: “Rusiya öz vətəndaşlarına qarşı təcavüzə sarsıdıcı cavab vermək üçün istənilən imkana malikdir”

Dmitri Medvedev: “Rusiya öz vətəndaşlarına qarşı təcavüzə sarsıdıcı cavab vermək üçün istənilən imkana malikdir”
# 18 avqust 2008 14:13 (UTC +04:00)
Kursk-APA. “Rusiya öz vətəndaşlarına qarşı təcavüzə sarsıdıcı cavab verəcək, bunun üçün ölkənin iqtisadi, siyasi və hərbi imkanları mövcuddur”. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, bu bəyanatla Rusiya prezidenti Dmitri Medvedev çıxış edib. O bildirib ki, Rusiya öz vətəndaşlarının hüquqlarının qorumağa qabildir: “Kimsə düşünürsə ki, dinc vətəndaşlarımızı, sülhməramlı missiya həyata keçirən əsgər və zabitlərimizi öldürərək cəzasız qalacaq, həmin şəxs səhv edir. Rusiya beynəlxalq münasibətlərin gərginləşməsini istəmir, ama biz istəyirik ki, ölkəmizə hörmətlə yanaşsınlar. Bunun üçün də Rusiyanın yüksək döyüş qabiliyyətinə malik ordusu olmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR