Kərkük-Ceyhan neft kəməri partladılıb

Kərkük-Ceyhan neft kəməri partladılıb
# 06 noyabr 2008 07:35 (UTC +04:00)
Kərkük-APA. Kərkük-Ceyhan neft kəmərinin İraq ərazisindən keçən hissəsində partlayış baş verib. APA-nın məlumatına görə, Türkiyənin “Botaş” şirkətinin operatoru olduğu kəmərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Partlayışın səbəbləri məlum deyil. Hadisə yerinə gələn “Botaş” mütəxəssisləri kəmərin sıradan çıxmış hissəsini maksimum tez müddətdə bərpa etməyə çalışırlar. Qeyd edək ki, sentyabr ayında bu kəmərlə Türkiyənin Ceyhan limanına sutkada 480 min barel neft daşınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR