“Gələcək nəsillərlə üz-üzə” IV Ümumrespublika İnşa Müsabiqəsinə start verilib - FOTO

“Gələcək nəsillərlə üz-üzə” IV  Ümumrespublika İnşa Müsabiqəsinə start verilib - <font color=red>FOTO</font>
# 07 aprel 2011 13:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Orta məktəblərin IX-XI sinif şagirdləri və universitet tələbələri arasında “Gələcək nəsillərlə üz-üzə” adlı IV Ümumrespublika inşa müsabiqəsinə start verilib. Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə GİN, Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Minilliyin Layihəsinin Azərbaycan Bölməsi - Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə layihəsi çərçivəsində keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd qloballaşma şəraitində inkişaf edən Azərbaycan gənclərinin dünyada baş verən siyasi, iqtisadi, demoqrafik, ekoloji, texnoloji dəyişiklərlə əmələ gələn yeni həyat qanunlarına uyğunlaşmalı olduğunu başa düşməsi, sağlam və münaqişəsiz gələcəyin qorunub saxlanması və daha da yaxşılaşdırılması üçün gənclərin müvafiq tərzdə tərbiyə edilməsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR