Bakıda “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgi keçirilir

Bakıda “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgi keçirilir
# 27 sentyabr 2011 10:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Sərgi Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgi açılıb.

APA-Economics”in xəbərinə görə, sərginin açılışında Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlət başçısına məlumat verərək bildirib ki, sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak edir. Ümumi sahəsi 11 min kv. metr olan sərgidə Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətləri nümayiş olunur. Sərgidə həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən eksponatlar da təqdim edilir.

Daha sonra prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub, Bakı Sərgi Mərkəzinin həyətində nümayiş etdirilən texnikaya baxıb və sərginin işinə uğurlar arzulayıb.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR