Sabah Bakıda «WorldFood Azerbaijan-2012» sərgisi işə başlayır

Sabah Bakıda «WorldFood Azerbaijan-2012» sərgisi işə başlayır
# 14 may 2012 11:18 (UTC +04:00)
Bununla bağlı bu gün Bakıda keçirilən mətbuat konfransında sərginin meneceri xanım Maya Qafarova sərgi barədə ətraflı məlumat verərək bildirib ki, sərgidə 24 ölkədən 120 şirkət iştirak edəcək: «Sərgidə ilk dəfə Səudiyyə Ərəbistanı, Əfqanıstan, Braziliya, Misir və Serbiya şirkətləri iştirak edəcək. «WorldFood Azerbaijan-2012» sərgisi bir meydançada «WorldFood», «WorldDrink» və «WorldFoodTech» kimi tematik sərgiləri bir araya gətirməklə qida sənayesinin faktiki olaraq bütün sahələrini əhatə edəcək. Ümumilikdə isə sərgidə mal və quş əti, konservləşdirilmiş ərzaq, dondurma, baqqaliyyə məhsulları, inqrediyentlər, soyutma sistemləri, qənnadı məmulatları, içkilər, habelə qida sənayesinin müxtəlif sahələri, super-marketlər, laboratoriya təhlilləri və s. üçün avadanlıqlar nümayiş olunacaq».

M.Qafarova onu da bildirib ki, «WorldFood Azerbaijan-2012» ilə bərabər VI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı («AgriHort Azerbaijan»), I Xəzər Beynəlxalq «Qablaşdırma, Tara, Etiket və Poliqrafiya» («IPACK Caspian») və II Xəzər Beynəlxalq «Plastik Kütlələr və Kauçuk» (Plastex Caspian) sərgiləri keçiriləcək.

«Sərgiyə eyni zamanda Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, Almaniya, Norveç, Belçika, Niderland və digər ölkələr qatılacaq», - deyə M.Qafarova qeyd edib.

Qeyd edək ki, sərgi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin rəsmi «online» informasiya tərəfdaşı APA İnformasiya Agentliyidir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR