İyunun 5-8-də Bakıda beynəlxalq neft-qaz sərgi-konfransı keçiriləcək

İyunun 5-8-də Bakıda beynəlxalq neft-qaz sərgi-konfransı keçiriləcək
# 22 may 2012 11:50 (UTC +04:00)
«Iteca Caspian» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, sərgidə 32 ölkədən 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. İştirakçılar arasında Almaniya, Böyük Britaniya, Rusiya, BƏƏ və Türkiyənin milli qrupları var. Bu il sərgidə ilk dəfə olaraq Vyetnamı təmsil edən şirkətlər də iştirak edəcək. Sərgi sahəsinin 40%-ni bütün dünyada tanınmış şirkətlər tutacaq. Bu şirkətlərin əksəriyyəti «Caspian Oil & Gas» sərgisinin daimi iştirakçılarıdır: «Əlamətdar hallardan biri də ondan ibarətdir ki, sərgi iştirakçılarının 10%-ni əvvəllər heç vaxt Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlər təşkil edir. Sərgiyə olan davamlı maraq çox mühüm göstərici və əhəmiyyətli amil olub, Azərbaycanın beynəlxalq neft birliyində layiqli yer tutduğuna və regionda lider mövqeyinə malik olduğuna dəlalət edir».

Şirkətdən həmçinin bildirilib ki, tədbirdə neft hasilatı və enerji ehtiyatlarının daşınması sahəsində mövcud olan yeni texnologiyalar nümayiş etdiriləcək. Eyni zamanda, sərgi regionda həyata keçirilən və gələcəkdə həyata keçiriləcək neft-qaz layihələrini təqdim edəcək.

Bundan başqa, «Caspian Oil and Gas» sərgisinin işgüzar proqramı çərçivəsində «Xəzər neft, qaz, neftayırma və neft kimyası» konfransı keçiriləcək ki, burada regional əməkdaşlıq, ölkədə yeni layihələrin inkişafı, habelə Azərbaycanda və regionda enerji infrastrukturu layihələrinin inkişafı məsələləri də daxil olmaqla, dünya enerji bazarının aktual məsələləri diqqət mərkəzində olacaq. Konfrans işinə iyunun 6-da başlayacaq və bu tədbirdə 500-ə yaxın şirkətin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, sərgi Azərbaycan Sənaye və Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən dəstəklənir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR