Bakıda beynəlxalq nəqliyyat sərgisi başlayıb - FOTOSESSİYA - VİDEO

Bakıda beynəlxalq nəqliyyat sərgisi başlayıb - <font color=red>FOTOSESSİYA - VİDEO</font>
# 13 iyun 2012 09:47 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə keçirilən sərgi iyunun 15-dək davam edəcək.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, «TransCaspian» sərgisi Qafqazda ən əhəmiyyətli nəqliyyat forumu kimi fəaliyyət göstərir və regionda nəqliyyat sənayesi mütəxəssislərinin məhsuldar əməkdaşlığına kömək edir. Sərgi Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir və TRASECA layihəsi ilə sıx əməkdaşlıq edir.

Bu il sərgi Türkiyə, Almaniya, İtaliya, Fransa, Çexiya və Latviya daxil olmaqla dünyanın 15 ölkəsindən 70 şirkəti bir yerə toplayıb. Xorvatiya sərgiyə ilk dəfə qatılır, Latviya milli stendi isə sərgidə ardıcıl olaraq ikinci ildir iştirak edir.

Sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın əsas dövlət nəqliyyat qurumları - Nəqliyyat Nazirliyi, «Azərbaycan Dəmir Yolları» QSC, Dövlət Dəniz Administrasiyası, Dövlət Xəzər Dəniz Gəmiçiliyi (DXDG) və s. təşkilatlar iştirak edir.

Sərgidə dəmir yolu nəqliyyatı, yüklərin avtomobil yolu və dənizlə daşınması və neftin nəqli kimi sektorlar geniş formatda təqdim olunur. Beynəlxalq limanların fəal iştirakı isə «TransCaspian-2012» sərgisinin fərqli xüsusiyyətlərindən biridir. Belə ki, sərginin ekspozisiyasına Qara dəniz, Xəzər dənizi və Baltik dənizi limanları daxildir ki, bunların da arasında Poti limanı, Batumi limanı, Liepaysk limanı, Ventspilsk azad limanı və Bakı Ticarət Limanı var. Yükdaşıma sektorunu Almaniya, Gürcüstan, Rusiya və Azərbaycandan olan şirkətlər təqdim edir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR