Azərbaycanda uşaqlara sosial xidmətlərin göstərilməsi üçün yol xəritəsi hazırlanacaq - APA TV

Azərbaycanda uşaqlara sosial xidmətlərin göstərilməsi üçün yol xəritəsi hazırlanacaq - <span style="color: red;">APA TV
# 06 iyun 2013 09:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda uşaqlara sosial xidmətlərin göstərilməsi üçün ayrılan 2 milyon manat vəsait hesabına UNİCEF-in dəstəyi ilə yol xəritəsi hazırlanacaq.

APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov jurnalistlərə açıqlamasında deyib ki, yol xəritəsi regionlar üzrə sosial baxımdan çətin vəziyyətdə olan uşaqlar, yeniyetmələr, eyni zamanda, fiziki və sağlamlıq imkanları məhdud olan uşaqların müəyyənləşdirilməsinə xidmət edəcək.

Nazirin sözlərinə görə, bəzən elə olur ki, fiziki və sağlamlıq imkanları məhdud olan uşaqlar kifayət qədər zəngin ailələrdə yaşayırlar və o uşaqların xüsusi dövlət qayğılarına ehtiyacı olmur: “Biz araşdırma aparmaqla xüsusi imtiyazı olan ailələri müəyyənləşdirməliyik. Bu məqsədlə hazırlanacaq yol xəritəsinə əsasən respublikanın bütün rayonlarında monitorinqlər keçiriləcək. Monitorinqlər nəticəsində ehtiyacları öyrənmək üçün kifayət qədər böyük imkanlar yaranacaq. Yol xəritəsinə uyğun olaraq gələcəkdə belə xidmətlər daimi olacaq. Belə ki, xəstə uşaqlara və ehtiyacı olan insanlara bu cür xidmətlər göstəriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR