Azərbaycanda məşğulluğa kömək göstərən əlaqələndirmə komitələri yaradılacaq

Azərbaycanda məşğulluğa kömək göstərən əlaqələndirmə komitələri yaradılacaq
# 02 sentyabr 2013 08:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti orqanların rəy və təklifləri nəzərə alınmaqla hazırlanmış “Məşğulluğa kömək göstərən respublika əlaqələndirmə komitəsinin yaradılması haqqında” qərar layihəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məşğulluğa kömək göstərən respublika və yerli əlaqələndirmə komitələri “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq, məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanmasını təmin edəcək.

Qeyd edilən qurumlarda həmkarlar ittifaqı, işəgötürənlər birlikləri, müvafiq icra hakimiyyəti və əlaqədar dövlət və yerli özünüidarəetmə orqanları, sosial müdafiəyə ehtiyacı olan vətəndaşların mənafeyini təmsil edən ictimai birliklər təmsil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR