Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün keçirilən test imtahanının nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA- ya verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında yerləşdirilib.
İmtahanda iştirak etmək üçün sənədlərin qəbulu Daxili İşlər Nazirliyi tərəfindən aparılıb Müsabiqədə iştirak etmək üçün 80 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfəri imtahanda iştirak etməyib. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılıblar.