Bakı şəhərində olan məktəblərin sayı açıqlanıb
APA Azeri Press Agency

Bakı şəhərində olan məktəblərin sayı açıqlanıb

[ 10 Sentyabr 2013 15:30 ] |

Bakı. Könül Kamilqızı – APA. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 311 tam orta, 3 ümumi orta, 7 xüsusi, axşam (qiyabi), 4 sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəb var. İdarənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu məktəblərdə 318 min 750 şagirdin təlim-tərbiyəsi ilə 29949 müəllim məşğul olur. 

 

Təkcə ötən tədris ilində Bakı şəhərində 880 və 640 şagird yerlik 4 yeni məktəb binası inşa edilib, 76 məktəbdə əsaslı təmir işləri aparılıb, şagird sıxlığının aradan qaldırılması üçün 20 məktəbdə əlavə korpus tikilərək istifadəyə verilib. Həmçinin 5 məktəbin idman və akt zalları tamamilə yenilənib. Yeni tədris ilinədək 164 məktəbdə cari təmir işləri başa çatdırılacaq.