Uşaqlar üçün icma əsaslı sosial xidmətlərin modelləri və inkişaf perspektivləri mövzusunda dəyirmi masa keçirilib - FOTO

Uşaqlar üçün icma əsaslı sosial xidmətlərin modelləri və inkişaf perspektivləri mövzusunda dəyirmi masa keçirilib - <span style="color: red;">FOTO
# 10 fevral 2014 08:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Uşaq Hüquqları üzrə QHT Alyansı tərəfindən "Sosial sifariş və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün icma əsaslı sosial xidmətlərin modelləri və inkişaf perspektivləri" mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, tədbir Geniş Qara dəniz regionu üzrə Uşaq Hüquqları naminə ChildPact Regional Koalisiyası və Rumıniya Xarici İşlər Nazirliyinin dəstəyi ilə baş tutub.

Tədbirdə Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov bildirib ki, son illər Azərbaycanda uşaq müdafiəsi sisteminin təkmilləşdirilməsi, milli qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, uşaqların ən yaxşı maraqlı cavab verən alternativ sosial xidmətlərin yaradılması istiqamətində xeyli işlər görülüb və onlar davam etməkdədir. Onun sözlərinə görə, bu işlərin həyata keçirilməsində aidiyyəti dövlət qurumları və QHT-lərin birgə əməkdaşlığı xüsusi rol oynayıb : "Həmçinin ölkədə inkişafı geniş vüsət alan sosial iş sahəsi ildən-ilə sayı artan sosial işçilərin sayı danılmazdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yerli icma əsaslı reabilitasiya mərkəzlərinin yaradılması və dəstəklənməsinə yönələn fəaliyyəti xüsusilə vurğulanmalıdır. Azərbaycanda uşaq müdafiə sisteminin inkişafı, əlilliyi olan uşaqların icma əsaslı reabilitasiyası, habelə onların valideyn himayəsindən məhrum olan bütün uşaqların ailələrinə qovuşmasının, hüquq pozuntusu törətmiş, həmçinin cəzaçəkmə müəssisələrindən azad olunan, müxtəlif növ zorakılıq halları ilə üzləşən, cinayət əməllərinin qurbanı olan uşaqların sosial inteqrasiyası, onların hüquqlarının müdafiəsi işinin uğurlu olması üçün icma əsaslı sosial xidmətlərin yaradılması xüsusi önəm daşıyır".

UNİCEF Azərbaycan Uşaq Müdafiəsi Proqramının rəhbəri Ramiz Behbudov bildirib ki, uşaq hüquqlarının qorunması məsələsinə bütün ölkələrdə olduğu kimi Azərbaycanda da xüsusi önəm verilir. Onun sözlərinə görə, bu sahədə müəyyən uğurlara nail olmaq üçün qarşıya konkret məqsədlər qoyulmalı və onlar görüləm işlərə uyğun həyata keçirilməlidir. Bu işdə QHT-lər dövlət qurumları ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Zülfiyyə Sadıqova "Dövlət tərəfindən qurulan icma əsaslı xidmətlər və ailə dəstək mərkəzləri modelinin inkişaf etdirilməsi perspektivləri" mövzusunda, digərləri isə müxtəlif mövzularda məruzə ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR