Minskdə XXI Minsk beynəlxalq kitab sərgi-yarmarkası keçirilib

Minskdə XXI Minsk beynəlxalq kitab sərgi-yarmarkası keçirilib
# 10 fevral 2014 12:44 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Fevralın 5-dən 9-dək Belarusun paytaxtı Minskdə XXI Minsk beynəlxalq kitab sərgi-yarmarkası keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə dünyanın 26 ölkəsindən, o cümlədən Azərbaycandan 600-dən çox nəşr təqdim olunub.

Fevralın 6-da sərgidə “Kitabxana günü”, kitab təqdimatları, müəlliflərlə görüşlər, fevralın 8-də “Uşaq kitabı günü”, Belarus və əcnəbi yazıçıların iştirakı ilə “Uşaq dünyası: gələcəyə baxış” mövzusunda dəyirmi masa təşkil olunub.

Nazirlikdən əlavə ediblər ki, sərgi çərçivəsində MDB iştirakçısı olan dövlətlərdə keçirilən kitab sərgiləri və yarmarkalarının təşkilatçıları şurasının və Kitab Palataları Rəhbərləri Şurasının iclası keçirilib.

Qeyd edək ki, tədbirin təşkilatçıları Belarus İnformasiya Nazirliyi, “Belkniqa” ASC və “Makbel” MMC-dir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR