Sabah Bakıda beynəlxalq motor şou sərgisi başlayır - FOTO

Sabah Bakıda beynəlxalq motor şou sərgisi başlayır - <span style="color: red;">FOTO
# 14 may 2014 09:42 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Mayın 15-də Bakı Ekspo Mərkəzində beynəlxalq motor şou (BİMS 2014) sərgisi öz işinə başlayacaq.

APA-Economics”in məlumatına görə, sərgidə dünyanın 14 ölkəsindən, o cümlədən Almaniya, Çin, Rusiya, Türkiyə, Polşa və digər ölkələrdən 85 şirkət iştirak edəcək. Sərgidə 3 sektor təmsil olunacaq: minik avtomobilləri və motorlu nəqliyyat növləri, kommersiya nəqliyyatı və avtomobillər üçün ehtiyat hissələri və ləvazimatlar.

Sərgi çərçivəsində seminar və test-drayvlar keçiriləcək. Layihəyə Azərbaycan Avtomobil Federasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Sahibkarlar Təşkilatları Milli Konfederasiyası rəsmi dəstək verir. Sərginin təşkilatçısı qismində "İteca Caspian" və onun tərəfdaşı “İTE Group Plc” şirkətləri çıxış edirlər.

Qeyd edək ki, mayın 15-də Xəzəryanı regionda ilk dəfə olaraq 1-ci Xəzər Beynəlxalq Katerlər və Yaxtalar (CİBS 2014) sərgisi də keçiriləcək. Sərgi Dövlət Dəniz Administrasiyası tərəfindən dəstəklənir. Tədbirdə 14 ölkədən 44 şirkət iştirak edəcək. CİBS 2014-də Azərbaycan, Avstriya, Böyük Britaniya, Yunanıstan, İtaliya, Hollandiya, Rusiya, ABŞ, Ukrayna, Fransa və Yaponiyadan yaxta biznesinin aparıcı iştirak edəcəklər.

Tədbirdə yaxta, katerlər və onlar üçün ehtiyat hissələri, habelə skuterlər, hava dolduran motorlu qayıqlar, burazlar, kanatlar, suyadalma, sualtı ov və hovuz üçün avadanlıqlar və s. məhsullar təqdim olunacaq.

Hər iki sərgi mayın 17-ə qədər davam edəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR