Bakıda beynəlxalq motor şou sərgisi başlayıb - FOTOSESSİYA - VİDEO

Bakıda beynəlxalq motor şou sərgisi başlayıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 15 may 2014 09:57 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA-Economics. Bu gün Bakı Ekspo Mərkəzində beynəlxalq motor şou (BİMS 2014) sərgisi öz işinə başlayıb.

APA-Economics”in məlumatına görə, sərgidə dünyanın 14 ölkəsindən, o cümlədən Almaniya, Çin, Rusiya, Türkiyə, Polşa və digər ölkələrdən 85 şirkət iştirak edir. Sərgidə 3 sektor təmsil olunur: minik avtomobilləri və motorlu nəqliyyat növləri, kommersiya nəqliyyatı və avtomobillər üçün ehtiyat hissələri və ləvazimatlar.

Sərginin açılışında çıxış edən Azərbaycan Dövlət Dəniz Administrasiyasiyasının rəis müavini Ehtiram Rəhimov bildirib ki, sərginin keçirilməsi Azərbaycanda dənizçilik sənayesini və dəniz turizminin inkişafına töhfə verəcək.

Sonra sərgi iştirakçılarına Azərbaycan Avtomobil Federasiyasiyasının prezidenti Anar Ələkbərovun təbrik məktubu oxunub. “İteca-Caspian” şirkətinin rəhbəri Bəhruz Hidayətzadə isə bildirib ki, sərgi çərçivəsində seminar və test-drayvlar keçiriləcək.

Xatırladaq ki, layihəyə Azərbaycan Avtomobil Federasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan Sahibkarlar Konfederasiyası rəsmi dəstək verir. Sərginin təşkilatçısı qismində "İteca Caspian" və onun tərəfdaşı “İTE Group Plc” şirkətləri çıxış edirlər.

Qeyd edək ki, bu gün həmçinin Bakıda Xəzəryanı regionda ilk dəfə olaraq 1-ci Xəzər Beynəlxalq Katerlər və Yaxtalar (CİBS 2014) sərgisi də keçirilir. Sərgi Dövlət Dəniz Administrasiyası tərəfindən dəstəklənir. Tədbirdə 14 ölkədən 44 şirkət iştirak edir. CİBS 2014-də Azərbaycan, Avstriya, Böyük Britaniya, Yunanıstan, İtaliya, Hollandiya, Rusiya, ABŞ, Ukrayna, Fransa və Yaponiyadan yaxta biznesinin aparıcı iştirak edir.

Tədbirdə yaxta, katerlər və onlar üçün ehtiyat hissələri, habelə skuterlər, hava dolduran motorlu qayıqlar, burazlar, kanatlar, suyadalma, sualtı ov və hovuz üçün avadanlıqlar və s. məhsullar təqdim olunur. Hər iki sərgi mayın 17-ə qədər davam edəcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR