Beynəlxalq Xəzər neft və qaz sərgisinə 30 yaxın ölkə qatılacaq - FOTO

Beynəlxalq Xəzər neft və qaz sərgisinə 30 yaxın ölkə qatılacaq - <span style="color: red;">FOTO
# 02 iyun 2014 10:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı Ekspo Mərkəzində iyunun 3-6-da Xəzəryanı regionun enerji sektorunun ən böyük tədbiri XXI beynəlxalq Xəzər neft və qaz (Caspian Oil&Gas 2014) sərgi və konfransı keçiriləcək.

APA-Economics”in məlumatına görə, bu il həmçinin “Əsrin müqaviləsi”nin XX ildönümü qeyd edilir.

Bu il sərgidə 29 ölkədən 402 şirkət iştirak edir. Sərgi meydançasının 70%-dan çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulub və onların arasında bilavasitə "Əsrin müqaviləsi"nin iştirakçıları var. Sərgi iştirakçılarının ümumi sayının 35%-nı yerli şirkətlər təşkil edir. Tədbirin baş sponsoru qismində Dövlət Neft Şirkəti çıxış edir.

Tədbir çərçivəsində BP şirkəti və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tiflis-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələri üzrə tərəfdaşları “Alıcı ilə tanış ol” şüarı altında tədbir keçirəcəklər.

Qeyd edək ki, sərgi çərçivəsində neft-qaz sənayesi nümayəndələrinin geniş auditoriyası üçün aktual seminarlar və şirkətlərin təqdimatları keçiriləcək.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR