Dünya Kuboku: 1/4 final mərhələsində Məmmədyarov Karyakinlə heç-heçə oynayıb

Dünya Kuboku: 1/4 final mərhələsində Məmmədyarov Karyakinlə heç-heçə oynayıb
# 24 sentyabr 2015 20:34 (UTC +04:00)

Bakı-APA. Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışda bu gün 1/4 final mərhələsinin ikinci matçları oynanılıb.

Yarımfinala gedən yolda Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov da zəkasını yoxlayır. Bir gün öncə Sergey Karyakinlə (Rusiya) sülh bağlayan həmyerlimiz bu dəfə qara fiqurlarla oynayıb.

Şahmatçımız növbəti dəfə heç-heçəyə imza atıb. Bu isə o deməkdi ki, yarımfinalçıların adına sabah keçiriləcək tay-brek görüşlərində aydınlıq gələcək.

Dünya Kuboku

1/4 final mərhələsi, ikinci oyun

Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmədyarov (Azərbaycan) - 0,5:0,5

İlk oyun: 0,5:0,5

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynovla Teymur Rəcəbov üçüncü mərhələdə mübarizəni dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR