Tennis üzrə Azərbaycan birinciliyi təşkil olunub

Tennis üzrə Azərbaycan birinciliyi təşkil olunub
# 10 noyabr 2015 10:19 (UTC +04:00)

Bakı-APA. Noyabrın 10-da “Şüa” İdman-sağlamlıq kompleksində Konstitusiya gününə həsr olunmuş stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yarışda respublikanın əksər şəhər və rayonlarını təmsil edən 2004-cü il və daha azyaşlı idmançılar mübarizə aparacaqlar.

Turnir şəxsi formatda və beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilir. Tədbirin təşkilində məqsəd mini kadetlər arasında ən istedadlı və güclü idmançıları müəyyən etmək və gələcəkdə onları yığma komandanın tərkibinə cəlb etməkdir. Yarışa noyabr ayının 11-də yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR