Bakıda keçiriləcək Şahmat Olimpiadasının vaxtı dəyişdirilib

Bakıda keçiriləcək Şahmat Olimpiadasının vaxtı dəyişdirilib
# 17 fevral 2016 07:21 (UTC +04:00)

Bakı – APA. Bakıda təşkil olunacaq Şahmat Olimpiadasının keçirilmə vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, ölkəmizdə ilk dəfə təşkil olunacaq yarış nəzərdə tutulan tarixdən tez başlayacaq.

Belə ki, Olimpiadanın paytaxtımızda bu il sentyabrın 14-30-da keçirilməsi planlaşdırılırdı. Lakin ölkəmizdə sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə bağlı turnir irəli çəkilib. FİDE-nin yeni qərarına əsasən, yarış sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq.

Bakıda təşkil olunacaq FİDE-nin konqresi isə sentyabrın 4-14-nə təsadüf edəcək.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR