Sumqayıtda 27 yaşlı oğlan yaşadığı evin qarşısında öldürülüb

Sumqayıtda 27 yaşlı oğlan yaşadığı evin qarşısında öldürülüb
# 23 mart 2016 08:44 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda qətl törədilib.

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 13-cü mikrorayon ev 6 ünvanında qeydə alınıb. Həmin evin 8-ci mənzilində yaşayan, 1989-cu il təvəllüdlü Namiq Məmmədovun bıçaqla qətlə yetirilmiş meyiti evin qarşısında aşkar edilib. Hadisəsinin kimin və hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR