Brüsseldə xəsarət alanların sayı 300-ə çatıb

Brüsseldə xəsarət alanların sayı 300-ə çatıb
# 23 mart 2016 20:32 (UTC +04:00)

Bakı-APA. Belçikanın paytaxtı Brüsseldə baş verən terror aktları nəticəsində xəsarət alanların sayı 300-ə çatıb, onlardan 61-in vəziyyəti ağır kimi qiymətləndirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belçika Səhiyyə nazirliyinin son açıqlamasında deyilir.

“Son məlumatlara əsasən, Brüsseldə törədilən partlayışlar nəticəsində 31 nəfər ölüb, xəsarət alanların sayı 300 nəfərə çatıb, onlardan 61-i intensiv terapiya şöbələrində müalicə alır”, məlumatda qeyd edilir.

Hazırda xəstəxanalarda ümumilikdə 150 nəfərin müalicə aldığı bildirilir.

Martın 22-də Brüsseldə bir neçə terror aktı baş verib. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR