FED rəhbəri: “Ənənəvi siyasətlə qlobal iqtisadi problemlərə cavab vermək məqbul sayılmır”

FED rəhbəri: “Ənənəvi siyasətlə qlobal iqtisadi problemlərə cavab vermək məqbul sayılmır”
# 29 mart 2016 19:11 (UTC +04:00)

Bakı - APA-Economics. Qlobal iqtisadi risklərin mövcudluğu ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərliyini uçot dərəcəsinin artırılması prosesinə daha ehtiyatlı yanaşmağı vadar edir.

APA-Economics” xəbər verir ki, bunu FED-in rəhbəri Canet Yellen Nyu-York İqtisadi Klubunda çıxışı zamanı bildirib.

"Hazırkı aşağı uçot dərəcəsi ilə qlobal iqtisadi problemlərə cavab olaraq FED-in ənənəvi siyasət yürütməsi məqbul sayılmır. Qlobal proseslər riskləri artırır və iqtisadi, o cümlədən maliyyə mühiti uçot dərəcəsini artırdığımız ötən ilin dekabr ayından daha əlverişsiz olur. ”, - deyə C. Yellen bildirib.


Bununla yanaşı, FED rəhbəri uçot dərəcəsinin konkret olaraq hansı ayda artırılacağını dilə gətirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR