Xalq şairi Söhrab Tahirin ikinci ayağı da amputasiya olunub

Xalq şairi Söhrab Tahirin ikinci ayağı da amputasiya olunub
# 05 aprel 2016 13:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Xalq şairi Söhrab Tahir ikinci dəfə əməliyyat olunub.

Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, xalq şairinin ikinci ayağı da amputasiya edilib.

Onun sözlərinə görə, Söhrab Tahirin ayaqlarında qanqrena getdiyi üçün əməliyyat qaçılmaz olub: “Həkimlər şairin sol ayağını da amputasiya ediblər. Söhrab Tahiri artıq palataya köçürüblər. Hazırda vəziyyəti qənaətbəxşdir”.

Qeyd edək ki, martın 30-da Söhrab Tahirin sağ ayağı amputasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR