Qulu Ağsəsin şeirlər kitabı ingilis dilində çap olunub

Qulu Ağsəsin şeirlər kitabı ingilis dilində çap olunub
# 13 aprel 2016 13:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsin şeirlər kitabı ingilis dilində çapdan çıxıb. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Mütərcim” nəşriyyatı tərəfindən "Contemporary Azerbaijani Poetry" (“Müasir Azərbaycan şeiri”) seriyası ilə buraxılan kitab “Dawn” (Dan yeri) adlanır.

Kitabın ingilis dilinə tərcüməçisi və “Ön söz”ün müəllifi Kamran Nəzirlidir. Nəşrdə qeyd olunub ki, Qulu Ağsəsin ingilis dilində təqdim olunan şeirləri modern şeirin tələblərinə cavab verməklə yanaşı, poetikası, bədii-fəlsəfi yükü və yeni nəfəsli polifonik duyğu dəyişmələri ilə fərqlənir.

Kitaba şairin son illər yazdığı şeirlər, o cümlədən, “Qarabağ şikəstəsi”, “Sənsən hər yer”, “Külək poçtdu”, “Müharibə əlili”, “Qiyamət” və s. şeirləri də daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR