Marneulidə Hüseyn Saraçlıya həsr olunmuş iki kitabın təqdimatı keçirilib

Marneulidə Hüseyn Saraçlıya həsr olunmuş iki kitabın təqdimatı keçirilib
# 15 aprel 2016 16:38 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə - APA. Azərbaycanlıların kompakt yaşadığı Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində iki kitabın təqdimatı keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitablar Azərbaycan Aşıqlar Birliyi və Gürcüstan Aşıqlar Birliyi tərəfindən nəşr edilib. “Region press” qəzetinin redaktoru Binnət Məmmədov bildirib ki, “Hüseyn Saraçlı” və “Saz amanatı” kitabları görkəmli Borçalı aşığı Hüseyn Saraçlının 100 illiyinə həsr olunub.

Kitabların redaktoru və tərtibçiləri Musa Nəbioğlu ilə Osman Əhmədoğludur.

Qeyd edək ki, Hüseyn Saraçlı (Hüseyn Qurban oğlu Həsənov) 1916-cı ildə Bolnisi rayonunun Saraçlı kəndində anadan olub. Görkəmli aşığın söylədiyi bir çox dastanlar lentə yazılıb və Azərbaycan radio və televiziyanın qızıl fondunda saxlanılır. Aşıq Hüseyn Saraçlı Gürcüstanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. Görkəmli aşığın 1992-ci ildə Bakıda “Şeirlər, söyləmələr” adlı kitabı nəşr olunub. O, 1987-ci ildə 71 yaşında vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR