Kanadada Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib

Kanadada Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turniri keçirilib
# 16 may 2016 23:50 (UTC +04:00)

Bakı-APA. Mayın 14-də Kanadanın Kalqari şəhərində Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti (Alberta Azerbaijani Cultural Society), Alberta Şahmat Assosiasiyası və Kalqari Şahmat Klubunun (Alberta Chess Association and Calgary Chess Club) dəstəyi ilə məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat turnirini təşkil edib.

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, turnirin açılış mərasimində çıxış edən Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Famil Qarayev Azərbaycan şahmat məktəbinin görkəmli nümayəndəsi Vüqar Həşimovun həyatı, şahmatçı karyerası və turnirin əhəmiyyətindən söhbət açıb.

Turnir iki kateqoriya üzrə keçirilib. Peşəkar şahmatçılar üçün nəzərdə tutulmuş birinci kateqoriyada 20 şahmatçı iştirak edib və yarışmada qalib Yan Findley (Ian Findlay) olub. Həvəskar şahmatçılar üçün nəzərdə tutulmuş kateqoriyada isə 20 iştirakçı arasında 13 yaşlı məktəbli Rafael Libr (Raphael Libre) qalib gəlib.

Həmçinin qeyd etmək lazımdır ki, Alberta Azərbaycan Mədəniyyət Cəmiyyəti üzvləri üçün Şənbə Şahmat Klubunu yaradılıb.

Stolüstü oyunlar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR