Sabir Rüstəmxanlının 70 illik yubileyi qeyd olunacaq

Sabir Rüstəmxanlının 70 illik yubileyi qeyd olunacaq
# 24 may 2016 14:14 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mayın 25-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq şairi Sabir Rüstəmxanlının 70 illik yubileyi münasibəti ilə tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi tədbirdə Sabir Rüstəmxanlının həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək.

Qeyd edək ki, S. Rüstəmxanlının "Ömür kitabı", "Gəncə qapısı", "Sağ ol, ana dilim!", "Qan yaddaşı" və digər şeir kitabları, "Bütövlük", "Didərginlər", "Cavad xan", "Orxonla görüş" poemaları, "Atamın ruhu", "Xətai yurdu", "Göy Tanrı", "Ölüm Zirvəsi (Cavad xan)", “Difai Fədailəri”, “Sunami” romanları işıq üzü görüb. Bu əsərlərdən bir çoxu dünya xalqlarının dillərinə tərcümə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR