Gələn həftədən Formula 1 Avropa Qran Pri yarışına qatılacaq idmançılar hava limanlarında viza ala biləcəklər

Gələn həftədən Formula 1 Avropa Qran Pri yarışına qatılacaq idmançılar hava limanlarında viza ala biləcəklər
# 29 may 2016 14:11 (UTC +04:00)

Bakı-APA. Gələn həftədən Formula 1 Avropa Qran Pri yarışında iştirak edəcək komandaların üzvləri və nümayəndə heyətləri Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala biləcəklər.

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Formula 1 Avropa Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında” 3 mart 2016-cı il tarixli sərəncamında əksini tapıb.

Sərəncama əsasən Formula 1 Avropa Qran Pri yarışında iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri - 2016-cı il iyunun 1-dən 20-dək Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycanın beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd viza verilməsi üçün əsas hesab ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR