Putin və Obama Suriyadakı vəziyyəti müzakirə edib

Putin və Obama Suriyadakı vəziyyəti müzakirə edib
# 07 iyul 2016 02:24 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər verib.

Məlumata əsasən, dövlət başçıları Suriya münaqişəsinin nizamlanması yollarını müzakirə ediblər.

"Tərəflər Suriyada fəaliyyətlərin əlaqələndirilməsini müzakirə ediblər. Bundan əlavə, hər iki lider münaqişənin siyasi həlli üçün BMT-nin himayəsi altında aparılan danışıqlar prosesinin bərpasının vacibliyini vurğulayıblar”, məlumatda deyilir.

Görüşdə Ukraynadakı vəziyyətə də toxunulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR