“Mirzə Cəlil” Milli Media Mükafatının təqdimetmə mərasimi keçirilib

“Mirzə Cəlil” Milli Media Mükafatının təqdimetmə mərasimi keçirilib
# 27 iyul 2016 15:52 (UTC +04:00)

Bakı-APA. Bu gün “Mirzə Cəlil” Milli Media Mükafatının ilk təqdimetmə mərasimi keçirilib.

APA-nın xəbərinə görə, “Mirzə Cəlil” Mükafatının təşkilat komitəsinin sədri Aqil Ələsgər bildirib ki, “Mirzə Cəlil” Ali Media Mükafatı hər il sadəcə 5 nəfərə, “Mirzə Cəlil” Media Mükafatı isə 10 nəfərə veriləcək. Mükafatçılar arasında professor Şirməmməd Hüseynov, BDU-nun jurnalistika fakültəsinin müəllimi Nəsir Əhmədli, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, fotoqraf Elxan Kərimov (ölümündən sonra), Lent.az xəbər portalının baş direktoru Qabil Abbasoğlu, İTV-nin informasiya departamentinin direktoru Rauf Rəcəbov, “Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev, “Azadinform” Agentliyinin baş redaktoru Niyaz Niftiyev, “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və “Birlik” jurnalının baş redaktoru İlqar İlkin var.

Mədəniyyət kanalı, ATV, Lider TV, Region TV və Dünya TV telekanalları da Mirzə Cəlil ideyalarının təbliğindəki inkişafına görə münsiflər heyəti tərəfindən mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR