MN: Qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

MN: Qoşunların qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
# 03 avqust 2016 10:43 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 3-də Ağdam rayonu Orta Qərvənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.


Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçisi Xristo Xristov keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq keçiriblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR