Rio-2016: Səbinə Mikina ilk görüşdəcə uduzdu

Rio-2016: Səbinə Mikina ilk görüşdəcə uduzdu
# 08 avqust 2016 15:58 (UTC +04:00)

Rio Olimpiadasında bu gün daha bir idmançımız mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, qılıncoynatma yarışlarının sablya növündə Səbinə Mikina ümidləri doğrultmayıb.

İlk qarşılaşmasında tunisli Azza Besbeslə üz-üzə gələn həmyerlimiz 12:15 hesablı ilə uduzub. Düzdü, Mikina Pekin-2008-in 7-cisi, həmçinin London-2012-nin 9-cusu olan afrikalıya ciddi müqavimət göstərib. Hətta görüşün əvvəlində bir neçə dəfə önə də keçib. Lakin təcrübəli tunisli yekunda mərhələ adlayıb.

Qeyd edək ki, Mikina London-2012-də 1/32 finalda almaniyalı Aleksandra Bujdosoya 15:13 hesabı ilə qalib gəlsə də, ardınca ukraynalı Olqa Xarlana 10:15 hesabı ilə uduzmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR